Telefon: +99412 449-62-56; Çağrı mərkəzi- 960;
Azərbaycanın elektrik enerjisi

Enerji Axtarışı: Mənbə Müharibələri, Yeni Texnologiyalar və Enerjinin Gələcəyi

Müəllif: Daniel Ergin

Nəşr ili: Moskva, Alpina nəşiri, 2021

Həqiqi hadisələr və personajlarla dolu olan bu kitab, bugünkü həyatımızın çox asılı olduğu enerji mənbələri axtarış tarixinə həsr edilmişdir. Dünyanın müasir enerji mənzərəsinin necə formalaşdığını, karbon dioksid emissiyaları və qlobal istiləşmə ilə əlaqəli problemlərin təsiri altında necə dəyişdiyini və enerji gələcəyimizin necə ola biləcəyini izah edir. Müəllif üç əsas suala cavab verməyə çalışır. Bəşəriyyət artan qlobal enerji ehtiyaclarını, nəyin bahasına və hansı texnologiyaların köməyi ilə ödəyəcək? Enerji təhlükəsizliyini, yəni enerji sistemlərinin etibarlılığını necə təmin etmək olar? İqlim dəyişikliyi daxil olmaqla ətraf mühit məsələləri enerjinin gələcəyinə necə təsir edəcək və enerjinin inkişafı ətraf mühitə necə təsir edəcək?








Sənaye müəssisələrinin elektrik təchizatının layihələndirilməsi

Müəllif :Kazımzadə R.Z. , Hüseynov T.Ş. , Muradova R.Ə.

Nəşr ili :Bakı – 2008

Dərs vəsaitində elektrik təchizatının layihələndirilməsinin ümumi xarakteristikası, elektrik yüklərinin hesabı, müəssisənin xarici və daxili elektrik təchizatı sisteminin layihələndirilməsi, qısaqapanma cərəyanlarının hesabı, elektrik aparatlarının seçilməsi, elektrik təchizatında etibarlıq və reaktiv üçün kompensasiyası məsələlərinin həlli öz əksini tapmışdır.











Enerji təhlükəsizliyinin beynəlxalq institutları ( beynəlxalq hüquqi məsələlər )

Müəllif :Əfsər Sadıqov

Nəşr ili :Bakı – 2009

Monoqrafiyada enerji təhlükəsizliyi sferasında beynəlxalq təşkilati mexanizmlərin fəaliyyət istiqamətləri, beynəlxalq hüquq subyektliyinin məzmunu və əsası açıqlanır. Beynəlxalq qurumların beynəlxalq energetika əməkdaşlığında həyata keçirdikləri funrsiyaları, beynəlxalq enerji münasibətlərinin beynəlxalq hüquqi tənzimlənməsinin bərqərar olmasında beynəlxalq təşkilatların sistemi və strukturu tədqiq edilir.











Elektroenergetika sistemlərinin yeni fəaliyyəti və inkişafı şəraitində dispetçer idarəçiliyi məsələlərinin əsasları

Müəllif :Yusifbəyli N.A.

Nəşr ili :Bakı * ELM* 2004

Monoqrafiyada Azərbaycan Respublikası elektroenergetika sisteminin ( EES ) nümunəsində, EES – nin yeni fəaliyyəti və inkişafı şəraitində, sistem analizinin metodoloji prinsipləri araşdırılaraq, EES – in mürəkkəb sistem kimi, rejim və dayanıqlığının idarəçilik məsələlərinin həllində sistem yanaşmasının tətbiqi əsaslandırılmış və rejimlərinin etibarlığının təmin olunması üçün sistemin baş xassələri seçilərək dispetçer idarəçiliyinin nəzəri – metodoloji əsasları işlənmiş, sistem əks – qəza avtomatikasının inkişaf konsepsiyası verilmişdir.










Elektrik şəbəkə və sistemləri

Müəllif :Orucov A.O. , Orucov N.İ. , Sadıqov Q.S.

Nəşr ili :Bakı – 2001

Dərs vəsaitində elektrik şəbəkə və sistemləri haqqında məlumat verilmiş, elektrik şəbəkələrinin hesablanma üsulları və elektrik sistemlərinin işçi rejimlərindən bəhs edilmişdir.








TvininqAggression of Armenia against AzerbaijanHerbi tecavuzstartup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×