Neft üfüqlərinin inkişafı
Neft texnoloogiyasında əməli məşqlər üçün rəhbər
Müəllif: Qurviç L.K.
Nəşr ili: Azərnəşr 1932
Bu kitab neftin tərkibi və işlənmə texnologiyasından bəhs edən bir tədris vəsaitidir. Neft laboratoriyalarında çalışmağa başlayan və Azərbaycan Neft İnstitutunun neft- kimya fakültələrinin proqramlarına uyğun şəkildə nəşr edilib.
Əbədi alov yurdunun nefti
Müəllif: Balaev S.G.
Nəşr ili: Bakı 1969
Bu kitab Azərbaycanda neft sənayesinin yaranma və inkişaf tarixinin qısa bir xülasəsidir. Kitabda müxtəlif dövrlərdə Bakıya gələrək neft çıxarıldığı yerlər, onun çıxarılması və emalıvə digər ölkələrə ixracı üsulları haqqında dəyərli məlumatlar qoymuş səyyah-coğrafiyaçı və tarixçilərin ifadələri yer alıb.
Neft yatağının istismarının enerji rejimi
Müəllif: Y.V.Baxir
Nəşr ili: Moskva. "Nedra" 1978
Kitabda bir neft yatağının işlənməsi və istismarı prosesləri tək bir enerji istehsal edən və eyni zamanda enerji istehlak edən bir sistemdə meydana gələn hadisələr olaraq təhlil edilmişdir. Bütöv şəkildə nəzərə alınan enerji göstəricilərinə əsasən bəzi texniki və texnoloji nəticələr əldə etmək və lay təzyiqini saxlamaq metodlarından istifadə etməklə maye və neft hasilatı kimi parametrləri müəyyənləşdirmək imkanları nəzərdən keçirilir.
Neft- qaz quyularının qazılmasının texnikası və texnologiyası
Müəllif : Şirəli İ. , İbrahimov R. , Rzazadə S., Baxşəliyeva Ş., Məmmədov A.
Nəşr ili : Bakı Elm 2020
Dərslikdə quyuların qazılması texnika və texnologiyasının mühüm sualları müasir hesablama metodları ilə göstərilmişdir. Burada dağ süxurlarının dağıdılmasına, süxurdağıdıcı alətlərin tipinin və ölçülərinin seçilməsinə,qazıma və qoruyucu kəmərlərin kəmərlərin hesablanmasına,sementləmə üsullarına, qazıma avadanlığının seçilməsinə, qazıma üsulu və rejiminin hesablanmasına geniş yer verilmişdir.
Nəhəng karbohidrogen yataqları və Cənubi Xəzər Çökəkliyində belə yataqların aşkar olunmasının geoloji şərtləri
Müəllif : Qəhrəmanov Q.
Nəşr ili : Bakı 2014
Monoqrafiyada Yer qabığında karbohidrogenlərin qeyri-bərabər paylanması, dünya akvatoriyasının neftli-qazlı hövzələrində nəhəng yataqların mövcudluğu, formalaşması, ehtiyat potensialı barədə geniş məlumat verilmiş, neftli-qazlı hövzələrin “qitə okean” profilində yerləşmə mövqeyindən asılı olaraq onlarda mövcud olan nəhəng yataqların əmələgəlməsində başlıca rol oynayan geoloji amillər təhlil edilmiş və bunlar Cənubi Xəzər Çökəkliyinin analoji göstəriciləri ilə müqayisə edilmişdir.
Cənubi Xəzər Çökəkliyinin iri amplitudlu strukturlarının sıxlıq-təzyiq faktoruna əsaslanan “geoflyud və dinamik formalaşma” nəzəriyyəsinin modeli verilmiş və bu modelə görə çökəkliyin dərin qatlarında yerləşmiş iri ölçülü rezervuarlarda süxurların kollektor xüsusiyyətlərinin saxlanılmasının izahı əks etdirilmişdir.
“Azərbaycan neft təsərrüfatı” jurnalı
Jurnal 1898-ci ildə Neft Sənayeçiləri Qurultaylarının daimi rəhbər orqanı olanBakı Neft Sənayeçiləri Qurultayları Şurası tərəfindən “Neftyanoe Delo”adı ilə təsis edilmişdir. Mətbu orqanın ilk sayı rus dilində 1899-ci ilin 10 yanvarında işıq üzü görmüşdür.Jurnal nəinki Bakıda, bütövlüklə dünyada neft sənayesinin nailiyyətləri və problemlemlərinin hərtərəfli işıqlandırılmasında əvəzsiz roloynayan ilk sahə mətbu orqanlarından biri olmuşdur.