Telefon: +99412 449-62-56; Çağrı mərkəzi- 960;
Beynəlxalq axtarış orqanı və Beynəlxalq İlkin ekspertiza orqanı qismində Rusiya Əqli Mülkiyyət üzrə Federal Xidmətini (Rospatent) seçən PCT sistemi istifadəçiləri üçün MƏLUMAT

Beynəlxalq axtarış orqanı və Beynəlxalq İlkin ekspertiza orqanı qismində Rusiya Əqli Mülkiyyət üzrə Federal Xidmətini (Rospatent) seçən PCT sistemi istifadəçiləri üçün MƏLUMAT

COVID-19 pandemiyası və onun Rospatentin, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) Beynəlxalq Bürosunun və dünyadakı poçt sistemlərinin fəaliyyətinə təsiri ilə əlaqədar, Beynəlxalq Axtarış Orqanı (ISA/RU) və Beynəlxalq İlkin Ekspertiza Orqanı (IPEA/RU) qismində fəaliyyət göstərən Rospatent 2020-ci il 30 mart tarixindən başlayaraqərizəçilərə bildirişlərin, beynəlxalq axtarış hesabatlarının, yazılı məlumatların və PCT ərizələri üzrə beynəlxalq ilkin ekspertiza qərarlarının göndərilməsi qaydasını dəyişmişdir.

Ərizəçilər beynəlxalq ərizələr üzrə sənədləşmə işləri barədə, o cümlədən beynəlxalq axtarış hesabatı və ISA/RU yazılı məlumatı ilə WIPO Beynəlxalq Bürosunun ePCT xidmətindən istifadə etməklə tam məlumat əldə edə bilərlər.

ePCT xidmətindən hələ istifadə etməyən ərizəçilərə müvafiq qeydiyyat uçotu yaratmaları tövsiyə olunur.

Bu xidmət haqqında ətraflı məlumat üçün baxın: https://pct.wipo.int/ePCTExternal/pages/landing.xhtml.

Beynəlxalq ərizəyə dair məlumatda elektron poçt ünvanı göstərildiyi halda ərizəçilər məlumat xarakterli bildirişləri ISA/RU-dan elektron poçt vasitəsilə alacaqlar.

Beynəlxalq ərizəyə dair məlumatda elektron poçt ünvanını göstərməyən ərizəçilər bunu https://www.wipo.int/pct/en/news/2020/news_0008.ht... ünvanında göstərilən tövsiyələrə uyğun olaraq Beynəlxalq Büroya məlumat təqdim etməklə edə bilərlər.

Zəruri hallarda ərizəçilər ISA/RU-ya pctpeo@rupto.ru ünvanı vasitəsilə məlumat göndərə bilərlər.

TvininqAggression of Armenia against AzerbaijanHerbi tecavuzstartup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×