Telefon: +99412 449-62-56; Çağrı mərkəzi- 960;
Əqli Mülkiyyət Agentliyində Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi münasibəti ilə tədbir keçirilib

Əqli Mülkiyyət Agentliyində Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi münasibəti ilə tədbir keçirilib

2024-cü il 31 yanvar tarixində Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında (RETK) görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi ilə əlaqədar tədbir keçirilib.

Tədbiri açan RETK-nın direktoru Mübariz Məmmədli Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadənin həyatı, inqilabi fəaliyyəti haqqında fikirlərini söyləyib. O, Azərbaycan tarixində mühüm rol oynamış ictimai-siyasi, ədəbi şəxsiyyətlərin həyat və yaradıcılıqlarının indiki və gələcək nəsillərə ötürülməsinin vacib olduğunu vurğulayıb.

Tədbirdə kitabxana əməkdaşlarının Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyəti haqqında məruzələri dinlənilib.

Daha sonra çıxış edən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Akif Təvəkküloğlu Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının əhəmiyyətindən bəhs edib. O, müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin şərqdə ilk dəfə qadınlara seçki hüququ verən dövlət olduğunu vurğulayıb. Sonra 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində ölkədə baş verən ictimai-siyasi məsələlərə toxunub.

Konfransda“Məhəmməd Əmin Rəsulzadə” adlı video-material nümayiş etdirilib.

TvininqAggression of Armenia against AzerbaijanHerbi tecavuzstartup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×