Telefon: +99412 449-62-56; Çağrı mərkəzi- 960;
Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanası Gəncədə kitab sərgisi keçirib

Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanası Gəncədə kitab sərgisi keçirib

Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının (RETK) Gəncə filialında “Heydər Əliyev – 100 il” adlı kitab sərgisi keçirilib.

Təbdbiri açan Kitabxananın direktorunun səlahiyyətlərini icra edən, innovasiya və inkişaf üzrə direktorun 1-ci müavini Mübariz Məmmədli qeyd edib ki, gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında Ümummilli Lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var. Ulu Öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tuturdu. Hələ keçən əsrin 70-80-ci illərində müdrik rəhbərin göstərişi ilə yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə, müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilmişdi. Təkcə bir faktı xatırlatmaq kifayətdir ki, 1969-1982-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə 17 mindən çox azərbaycanlı gənc bu qayğı ilə əhatə olundu.

RETK-nın elmi katibi Azadə Orucova Azərbaycan kitabxanalarının xalqın milli sərvəti olduğunu vurğulayaraq Ulu Öndərin hakimiyyəti dövründə elmə, mədəniyyətə, o cümlədən kitabxana işinə xüsusi əhəmiyyət verildiyini diqqətə çatdırıb.

Kitabxananın Gəncə filialının müdiri Məlahət Zamanova son zamanlar RETK tərəfindən müxtəlif kitab sərgiləri, o cümlədən səyyar sərgilər təşkil olunduğunu qeyd edərək bu tədbirlərin kitabxananın oxucu sayının artmasına da təsir etdiyini bildirib. Qeyd edilib ki, elm adamları, mütəxəssislər, tələbələr və digər maraqlı şəxslər son vaxtlar Respublika Elmi-Texniki Kitabxanasının xidmətlərindən daha fəal istifadə edirlər.

Kitab sərgisində Qida Təhlükəsizliyi Agentliyi Gəncə-Daşkəsən regional bölməsinin, Azərbaycan Metrologiya İnstitutu Qərb Regional Ərazi İdarəsinin, Azərbaycan Standartlaşdırma İnstitutu Gəncə regional bölməsinin əməkdaşları və RETK-nın Gəncə filialının oxucuları iştirak ediblər.

TvininqAggression of Armenia against AzerbaijanHerbi tecavuzstartup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×