Telefon: +99412 449-62-56; Çağrı mərkəzi- 960;
Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında 24 dekabr - Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin doğum günü münasibətilə tədbir keçirilib.

Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında 24 dekabr -  Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin doğum günü münasibətilə tədbir keçirilib.

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi- Texniki Kitabxanasında (RETK) Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin doğum günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbiri açan RETK-nın direktoru Mübariz Məmmədli cənab Prezident İlham Əliyevi qalib bir sərkərdə, müzəffər Ali Baş Komandan, qurucu dövlət başçısı kimi xarakterizə edərək toplantı iştirakçılarına Prezidentin sinif yoldaşı olmuş, hazırda Əqli Mülkiyyət Agentliyi İdarə Heyəti sədrinin müşaviri işləyən Fərid Cəfərovu təqdim etdi. Sonra Cənab Prezident İlham Əliyevə sinif yoldaşları tərəfindən hədiyyə olaraq çəkilmiş “Seçki hüququ” adlı sənədli filmə baxış keçirildi. Qeyd etmək lazımdır ki, filmdə Prezident İlham Əliyevin təhsil illəri haqqında həm məktəb, həm də universitet yoldaşları öz xatirələrindən danışır və paralel olaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrlərdə gördüyü mühüm işlərdən söhbət açılır.

Baxışdan sonra cənab Prezidentin sinif yoldaşı olmuş Fərid Cəfərov həm film, həm də məktəb illəri ilə bağlı maraqlı hadisələrdən danışdı, kitabxana kollektivi tərəfindən verilən sualları cavablandırdı.

Sonda Əqli Mülkiyyət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Akif Nəsirov tədbirin əlamətdar dövrə təsadüf etməsini və qarşıdan gələn seçkilərdə hər bir azərbaycanlının yaxından iştirakının vacibliyini bir daha qeyd etdi.
TvininqAggression of Armenia against AzerbaijanHerbi tecavuzstartup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×