Telefon: +99412 449-62-56; Çağrı mərkəzi- 960;
Əqli Mülkiyyət Agentliyi və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən konfransda Respublika Elmi-texniki Kitabxanasının təşkil etdiyi kitab sərgisi keçirilmişdir

Əqli Mülkiyyət Agentliyi və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən konfransda Respublika Elmi-texniki Kitabxanasının təşkil etdiyi kitab sərgisi keçirilmişdir

2025-ci il 22 aprel tarixində Əqli Mülkiyyət Agentliyi və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə 23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Azərbaycan əraziləri haqqında etno-coğrafi hay-erməni hiylə və fitnələri” mövzusunda konfrans keçirilib.

İdarə Heyətinin sədri, professor Kamran İmanov 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü və 26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Gününün hər il ölkəmizdə böyük təntənə ilə keçirildiyini vurğulayaraq, qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin üzaqgörənliyi nəticəsində yaradılan milli əqli mülkiyyət sistemi bu gün ölkə Prezidenti cənab İlham Əliyevin səyləri və dəstəyi nəticəsində uğurla inkişaf edir.

Tədbirdə erməni saxtakarlıqları və uydurmaları, tarixi yalanları, milli mədəni irsimizin mənfur qonşularımız tərəfindən mənimsənilməsi mövzularında məruzə və çıxışlar dinlənilmiş, ermənilərin bu bədnam əməllərinin zaman-zaman ifşa olunduğu vurğulanmış, mövzular ətrafında müzakirələr aparılmışdır.

Konfrans çərçivəsində Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanası tərəfindən kitab sərgisi keçirilmişdir. Sərgidə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri, professor Kamran İmanovun müəllifi olduğu, erməni yalanlarını ifşa edən nəşrlər, Azərbaycanın qədim memarlıq abidələri və Qərbi Azərbaycan ərazilərində milli tariximizin izləri haqqında nadir kitablar nümayiş olunmuşdur.

Sərgi konfrans iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.



TvininqAggression of Armenia against AzerbaijanHerbi tecavuzstartup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×