Agentliyin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının Gəncə filialında “Sən azadsan, Xocalı!” adlı guşə təşkil olunub

Agentliyin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının Gəncə filialında  “Sən azadsan, Xocalı!” adlı guşə təşkil olunub

Agentliyin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının Gəncə filialında tariximizin qan yaddaşı olan Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş “Sən azadsan, Xocalı!” adlı guşə təşkil olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti, beynəlxalq nüfuzu sayəsində, rəşadətli ordumuzun gücü ilə, şəhidlərimizin qanı bahasına bu gün Xocalı azaddır.

Filialın əməkdaşları bu kiçik guşə vasitəsilə hazırda yenidən dirçələn, “Böyük qayıdış”ın sevincini yaşayan Xocalının yaxın keçmişdəki dəhşətli faciəsini yaddaşlarda saxlamaq, gələcək nəsillərə ötürmək üçün “Unutmadıq, unutdurmaycağıq!” mesajını vermişlər. Yaddaşımızı təzələyərək, bu gün qələbəmizin qürurunu yaşayaq, sabaha inamla baxaq.



Aggression of Armenia against AzerbaijanHerbi tecavuzstartup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Axtar×