Akademik Yusif Məmmədəliyevin 120 illik yubileyi münasibətilə tədbir və kitab sərgisi keçirilib.

Akademik Yusif Məmmədəliyevin 120 illik yubileyi münasibətilə tədbir və kitab sərgisi keçirilib.

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında (RETK) akademik Yusif Məmmədəliyevin 120 illiyinə həsr edilmiş tədbir və kitab sərgisi keçirilib. RETK-nın direktoru M.Məmmədli Azərbaycanda neft kimyasının əsasını qoymuş Y.Məmmədəliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat verərək qeyd edib ki, görkəmli alim Azərbaycan Milli Elmlər Akademiyasının ilk təsisçilərindən biridir. O, II Dünya müharibəsi illərində yüksək oktanlı aviasiya yanacağının və tank əleyhinə qarışığın (“Molotov kokteyli”) kəşfinə nail olaraq SSRİ-nin qələbəsində müstəsna roluna görə Dövlət Mükafatına layiq görülmüşdür.

Y.Məmmədəliyevin yubileyi ilə əlaqədar təşkil edilmiş sərgidə görkəmli kimyaçı alimin kitabları və ixtiralarının şəhadətnamələrindən bir qismi nümayiş etdirilib.

Tədbirin sonunda tanınmış rejissor Yalçın Əfəndiyevin 1987-ci ildə çəkdiyi “Yusif Məmmədəliyev” sənədli flminə baxış keçirilib.

Akademik Yusif Məmmədəliyevin 120 illik yubileyi münasibətilə tədbir və kitab sərgisi keçirilib.
Akademik Yusif Məmmədəliyevin 120 illik yubileyi münasibətilə tədbir və kitab sərgisi keçirilib.
Akademik Yusif Məmmədəliyevin 120 illik yubileyi münasibətilə tədbir və kitab sərgisi keçirilib.
Aggression of Armenia against AzerbaijanHerbi tecavuzstartup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Axtar×