Azərbaycan Mühəndislik Akademiyası ilə Respublika Elmi-Texniki Kitabxanası arasında əlaqələr genişlənir

Azərbaycan Mühəndislik Akademiyası ilə Respublika Elmi-Texniki Kitabxanası arasında  əlaqələr genişlənir

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanası (RETK) ölkədəki müvafiq qurumlarla, ali təhsil müəssisələri ilə əlaqələrini ildən-ilə genişləndirir. Bu əlaqələr nəticəsində kitabxanaya daxil olan nəşrlər RETK-nın fondunun zənginləşməsində əhəmiyyətli rol oynayır.

Bu günlərdə Azərbaycan Mühəndislik Akademiyası tərəfindən nəşr olunmuş elmi-texniki ədəbiyyatın kitabxanaya təqdim edilməsi məhz iki qurum arasında faydalı əlaqələrin nəticəsi kimi dəyərləndirilə bilər.

Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri, professor Kamran İmanova ünvanladığı məktubda deyilir: “Azərbaycan Mühəndislik Akademiyasının üzvləri tərəfindən nəşr olunmuş bir sıra elmi-texniki monoqrafiya, dərslik və dərs vəsaitlərini təmənnasız olaraq sizin rəhbərlik etdiyiniz Agentliyin kitabxanasına təqdim edirik. Ümidvarıq ki, həmin nəşrlər kitabxana oxucuları üçün faydalı olacaqdır”.

Kitabxanaya təqdim olunan kitablar Əməkdar elm xadimi, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Kosmik məsələlər üzrə Şuranın sədri, Azərbaycan elminin və təhsilinin inkişafına böyük töhfələr vermiş akademik Arif Paşayev, Milli Aviasiya Akademiyasının nəqliyyat mexanikası kafedrasının müdiri, Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, tribologiya və tribotexnika sahəsində tanınmış alim və mütəxəssis olan professor Əhəd Canəhmədov və digər müəlliflərin birgə qələmə aldıqları Azərbaycan, türk, rus və ingilis dillərində 6 adda kitabdan və ümumilikdə 34 adda 59 nüsxə ədəbiyyatdan ibarətdir. Buraya “Tətbiqi mexanika” (Dərslik. – Bakı, “Apostroff”), “Nanostrukturirovaniye poverxnostey” (Baku, “Apostrof-A”), “Fraktalnıye podxodı v mexanike razruşeniya” (Baku, “Apostroff”), “Mezomexanika i fizika plastiçnosti” (Bakı, “Apostroff”) və digər dərslik, dərs vəsaiti və monoqrafiyalar daxldir.

RETK-ya təqdim olunan həmin nəşrlər kitabxananın fondunu zənginləşdirməklə yanaşı,aviasiya, elm və texnika sahəsində çalışan mütəxəssis və tədqiqatçılar, müvafiq sahə üzrə təhsil alan tələbələr və ümumiyyətlə geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. İnanırıq ki, kitabxanaya müraciət edənlər bu əsərlərdən faydalanacaq, aradıqları materialları qeyd olunan dərslik və monoqrafiyalarda tapa biləcəklər.

Azərbaycan Mühəndislik Akademiyası ilə Respublika Elmi-Texniki Kitabxanası arasında  əlaqələr genişlənir
Azərbaycan Mühəndislik Akademiyası ilə Respublika Elmi-Texniki Kitabxanası arasında  əlaqələr genişlənir
Aggression of Armenia against AzerbaijanHerbi tecavuzstartup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Axtar×