Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin əməkdaşları Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyasında iştirak edib

Şanlı Zəfər Günün 5 illiyimünasibətilə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun təsdiq etdiyi Tədbirlər Planınauyğun olaraq Agentliyin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının təşkilatçılığı və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Bakı – Şamaxı yolunun Müşfiqabad - Pirəkəşkül ərazisindən keçən hissəsində “44 ağac əkək” devizi ilə ağacəkmə aksiyası keçirilib.
Ekoloji davamlılıq, ətraf mühitin yaşıllaşdırılması və qorunması məqsədilə təşkil edilən aksiya zamanı ərazidə eldar şamı və zeytun ağaclarının hər birindən 44 ədəd əkilərək, aqrotexniki qaydada qulluq göstərilib.
44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin 5 illiyi münasibətilə keçirilən aksiyanın əsas məqsədlərindən biri həm də ekoloji vəziyyətin sağlamlaşıdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşfiq edərək ətraf mühitin qorunmasına töhvə verməkdir.






