BDU-da Əqli Mülkiyyət Gününə həsr olunmuş tədbir keçirilib

Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin təşkilatçılığı ilə 26 aprel – Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunmuş “Mədəni irsin qorunması və rəqəmsallaşdırılması: arxiv, muzey və kitabxana resurslarının inteqrasiyası” mövzusunda Respublika elmi konfransı keçirilib.
Konfrasda Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının direktoru Mübariz Məmmədli “Mədəni – elmi irsin qorunmasında kitabxanaların rolu” mövzusunda məruzə ilə çıxış edib.






