Bərpa olunan enerji üzrə dərs vəsaitinin Respublika Elmi-Texniki Kitabxanasına təqdimatı

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Bakı Neft Məktəbinin rektoru Elmar Qasımov tərəfindən Respublika Elmi-Texniki Kitabxanasına E.Qasımov və R.Abbasovun müəllifi olduqları “Bərpa olunan enerji ehtiyatlarından istifadəyə giriş” adlı dərs vəsaiti təqdim edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bərpa olunan enerji mənbələrindən istifadə olunmasına böyük əhəmiyyət verərək ölkəmizdə böyük gücə malik külək və günəş elektrik stansiyalarının əsasını qoymuşdur. Bərpa olunan enerji ehtiyatlarına keçid yüksək ixtisaslı kadrların yetişdirilməsinə zərurət yaradır. Təqdim olunan dərs vəsaiti bu baxımdan istifadəsi üçün böyük əhəmiyyət daşıyır. Kitabda bəşəriyyətin enerji tarixi dərindən araşdırılır, enerjidən istifadənin müasir dünyada yaratdığı problemlərə toxunulur, dayanıqlı inkişafda onun rolu tədqiq olunur.






