Dəmiryol Muzeyində RETK-nın “İntellektual qatar” adlı kitab sərgisi keçirilir

Aprelin 1-də Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının (RETK) təşkilatçılığı ilə Azərbaycan Dəmiryol Muzeyində “İntellektual qatar” adlı kitab sərgisi açılıb.

Muzey və kitabxananın eyniadlı layihəsi çərçivəsində ilk dəfə həyata keçirilən tədbirin məqsədi RETK-nın zəngin kitab fondunu və burada saxlanılan elmi-texniki ədəbiyyatı təqdim etmək, oxucularda mütaliəyə marağı artırmaqdır.

Sərgidə dəmiryol nəqliyyatı haqqında ədəbiyyatla yanaşı, avtomobil, dəniz və hava yolları mövzusunda Azərbaycan, rus və ingilis dillərində kitab və jurnallar nümayiş etdirilir.

RETK-nın fondunda saxlanılan, 140-150 iləvvəl nəşr edilmiş nadir kitablar sərgiyə gələnlərin böyük marağına səbəb olub.Bu nəşrlərin əsas hissəsini neft sənayeçilərinin Azərbaycanda neft bumu (19-cu əsrin sonu-20-ci əsrin əvvəlləri) dövründə keçirilən qurultaylarının materialları və Bakının neftli torpaqları – Sabunçu, Suraxanı, Ramana, Bibiheybət, Balaxanı, Qala və digər neft yataqları haqqında geniş məlumatları əks etdirən kitablar təşkil edir.

Azərbaycanda ilk dəmiryol xətti də məhz neftin daşınması məqsədilə çəkilib. Belə ki, 1880-ci il yanvarın 20-də Bakıda ilk dəmiryol xətti istifadəyə verilib.

“İntellektual qatar” layihəsi vahid mövzu və məzmun ətrafında birləşmiş yaradıcı bir təşəbbüsdür. Elmi-texniki ədəbiyyatın və müasir muzey mədəniyyətinin birləşdiyi bu format sərginin ziyarətçilərini kitablarla ünsiyyətə və dialoqa çağırır.

Kitab sərgisi aprelin 5-dək davam edəcək.

Kitab və mütaliə hər zaman inkişafın təməlində dayanır. Respublika Elmi-Texniki Kitabxanasının unikal nüsxələrini özünüz üçün kəşf etməyə tələsin!

Aggression of Armenia against AzerbaijanHerbi tecavuzstartup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Axtar×