Gənc alimin kitabı Respublika Elmi-Texniki Kitabxanasınının fonduna daxil olub

Gənc alimin kitabı Respublika Elmi-Texniki Kitabxanasınının fonduna daxil olub

Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Asrtofizika Rəsədxanasının (ŞAR) “Qalaktikalar və ulduzəmələgəlmə prosesləri” şöbəsinin aparıcı elmi işçisi, astronomiya üzrə fəlsəfə doktoru, dosent Həmayil Adıgözəlzadənin “Ae /Be Herbiq tipli ulduzların atmosferində fiziki proseslər” kitabı Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının fonduna daxil olub.

“AFPoliqrAF” nəşriyyatında nəfis tərtibatda çapdan çıxmış, giriş hissədən və səkkiz fəsildən ibarət monoqrafiyada müəllifin cavan ulduzların spektrlərində müşahidə olunan qeyri-stasionar proseslərin analizi üzrə əldə etdiyi əsas elmi nəticələr əks olunub.

Nəşrin elmi redaktoru N.Tusi adına ŞAR-ın icraçı direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Nəriman İsmayılov, elmi rəyçiləri Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Oktay Qasımov və astronomiya elmləri doktoru, professor Zahir Səmədovdur.

Monoqrafiyada müəllif tərəfindən 2011-2026-cı illərdə qeyri-stasionar proseslər üzrə aparılan tədqiqatların elmi nəticələri sistemli şəkildə təqdim edilib.

Gənc alim 60-dan çox elmi əsərin, o cümlədən nüfuzlu beynəlxalq və yüksək impakt faktorlu elmi jurnallarda dərc olunmuş məqalələrin müəllifi vəhəmmüəllifidir.

Kitab astronomlar, astrofiziklər, spektroskopiya sahəsində çalışan mütəxəssislər, magistrantlar, doktorantlar və tələbələr üçün nəzərdə tutulub.

Gənc alimin kitabı Respublika Elmi-Texniki Kitabxanasınının fonduna daxil olub
Aggression of Armenia against AzerbaijanHerbi tecavuzstartup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Axtar×