"İlham Əliyev və Böyük Qayıdış" kitabının Respublika Elmi-Texniki Kitabxanasına təqdimatı

"İlham Əliyev və Böyük Qayıdış" kitabının Respublika Elmi-Texniki Kitabxanasına təqdimatı

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun (AZİMETİ) direktoru Abdı Qarayev tərəfindən Respublika Elmi-Texniki Kitabxanasına görkəmli tədqiqatçı-alim Eldar Nuriyevin müəllifi olduğu “İlham Əliyev və Böyük Qayıdış” kitabı təqdim edilib. Kitabda Azərbaycanda ermənilər tərəfindən törədilmiş soyqırım və terror aktları, azərbaycanlıların Qərbi Azərbaycan torpaqlarından çıxarılması, XX əsrin 90-cı illərində ölkədə ictimai siyasi vəziyyətin gərginləşməsindən bəhs edilir, Ulu Öndərin layiqli davamçısı İlham Əliyevin idarəetmə strategiyası, beynəlxalq və regional layihələrin həyata keçirilməsi, müasir Azərbaycan Ordusu və Zəfər tarixi mövzularına geniş yer verilir. Vətən müharibəsində qazanılan zəfərdən sonra Qarabağa və Şərqi Zəngəzura uğurlu Böyük Qayıdış Konsepsiyasını həyata keçirən Azərbaycan dövlətinin növbəti tarixi hədəfi-Qərbi Azərbycana Qayıdış Konsepsiyası mövzusuna da toxunulmuşdur.

Aggression of Armenia against AzerbaijanHerbi tecavuzstartup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Axtar×