İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzindən RETK-ya dəyərli kitablar və jurnal hədiyyə olundu

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respulika Elmi-Texniki Kitabxanasına İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzi tərəfindən professor Vüsal Qasımlının elmi redaktoru olduğu 4 kitab və 1 jurnal hədiyyə edilib. “İnnovasiya və sahibkarlıq startap ekosistemi”, “İnsur Tech”, ”Rəqəmsal iqtisadiyyat” və “İqtisadi islahatlar” jurnalı rəqəmsal informasiya proseslərinin qlobal miqyasda sürətləndiyi bir zamanda, rəqəmsal platformalarda layihələrin idarə edilməsi, innovasiya vasitələrinin iqtisadi səmərəliliyin qiymətləndərilməsi sahəsində böyük əhəmiyyət daşıyan nəşrlərdir. “Turkic States Economy “ kitabında Türk Dövlətləri Təşkilatları (TDT) üzvləri arasında iqtisadi inteqrasiyanın zəruriliyindən, iqtisadi əməkdaşlığı təşviq etməklə, davamlı inkişafı dəstəkləməklə, iqtisadiyyatın yeni dünya nizamına və dayanıqlığına nail olunması, davamlı təcrübələri tətbiq etməklə hamı üçün daha firavan və ədalətli bir gələcəyin təmin olunması mövzularına toxunulub.






