IV Gəncə Kitab Sərgisi

IV Gəncə Kitab Sərgisi

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının (RETK) Gəncə filialının əməkdaşları M.Zamanova, L.Mürsəlova, P.Məmmədova və T.İbrahimova Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçı dəstəyi ilə Azərbaycan Nəşriyyatlar Assosiasiyası (ANAİB) tərəfindən həyata keçirilən IV Gəncə Kitab Sərgisində iştirak etmişlər. 21-23 noyabr tarixlərində davam edəcək bu böyük kitab bayramında ölkəmizin aparıcı nəşriyyatları, sevilən yazıçıları və görkəmli ictimai xadimlərinin olacağı gözlənilir.

Sərgidə RETK-nın Gəncə filialının fondunda olan azərbaycan, rus və ingilis dilində ümumi 93 ədəd ədəbiyyat, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri professor K.İmanovun müəllifi olduğu 22 ədəd kitab nümayiş olunur. Sərginin açılışında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri V.Qurbanzadə, AMEA-nın Gəncə bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru Ə.Muxtarov, Gəncə Maarif Evi İctimai Birliyinin sədri İ.Vəliyev, yazıçı-dramaturq Ü.Heydərova sərgilənən ədəbiyyatla yaxından tanış olmuş, öz fikirlərini bildirmişlər.

IV Gəncə Kitab Sərgisi
IV Gəncə Kitab Sərgisi
IV Gəncə Kitab Sərgisi
IV Gəncə Kitab Sərgisi
IV Gəncə Kitab Sərgisi
Aggression of Armenia against AzerbaijanHerbi tecavuzstartup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Axtar×