Telefon: +99412 449-62-56;
      Çağrı mərkəzi: 960;
Neft tariximizə dəyərli töhfə olan “Azərbaycan nefti - tarixə baxış” ikicildliyi RETK-nın fondunda

Neft tariximizə dəyərli töhfə olan “Azərbaycan nefti - tarixə baxış” ikicildliyi RETK-nın fondunda

Ölkəmizin neft sənayesində uzun illər çalışmış, öz ixtisasının mükəmməl bilicisi olan neftçi-geoloq Rafiq Abdullayevin “Azərbaycan nefti - tarixə baxış” ikicildliyi Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının fonduna daxil olub.

Kitab Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilib.

Azərbaycanın neft və qaz sənayesinin inkişaf tarixindən bəhs edən irihəcmli tarixi-populyar nəşrin baş məsləhətçiləri mərhum akademik Xoşbəxt Yusifzadə və tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramovdur.

Əsər Ulu Öndər Heydər Əliyevin “Neft Azərbaycan xalqının, Azərbaycan Respublikasının ən böyük sərvətidir” kəlamı və Prezident İlham Əliyevin “Biz dünyada neft ölkəsi kimi tanınmışıq, şöhrət qazanmışıq. Növbəti mərhələdə - XXI əsrdə Azərbaycan dünyada qaz ölkəsi kimi öz sözünü deyəcək və artıq deyir” fikri ilə başlayır.

Ensiklopedik xarakter daşıyan bu əsərin birinci cildi beş, ikinci cildi isə dörd fəsildən ibarətdir.

Monoqrafiyada, tarixi mənbələrə əsaslanmaqla, Azərbaycanda neft sənayesinin bütün sahələrinin inkişafı xronoloji ardıcıllıqla əksini tapıb. R.Abdullayev böyük əmək sərf erdiyi bu əsəri yazarkən bütün mənbələrdən, ilk növbədə, mövcüd elmi ədəbiyyatdan,rəsmi dövlət və arxiv sənədlərindən, bütün dövrlərə aid mətbuat materiallarından istifadə edib. Müəllif, eyni zamanda, Azərbaycan neft geologiyası və geofizikasının, qazma sənayesinin, neft emalı, neft-kimya sahələrinin, neftin və qazın nəqlinin və digər infrastruktur sahələrinin yaranması və inkişafı tarixinin çox geniş mənzərəsini yaradıb.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə “Max Ofset” nəşriyyatında nəfis tərtibatda çap olunmuş ikicildlik əsər neft-qaz sənayesinin tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.



Neft tariximizə dəyərli töhfə olan “Azərbaycan nefti - tarixə baxış” ikicildliyi RETK-nın fondunda
Aggression of Armenia against AzerbaijanHerbi tecavuzstartup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Axtar×