“Qayıdış hüququ” kitabı Respublika Elmi-Texniki Kitabxanasının fonduna daxil olub

“Qayıdış hüququ” kitabı Respublika Elmi-Texniki Kitabxanasının fonduna daxil olub

“Everest” nəşriyyatında yenicə işıq üzü görmüş “Qayıdış hüququ” kitabı Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının (RETK) fonduna daxil edilib.

Kitabın ilk səhifələrində ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin Qərbi Azərbaycan haqqında dəyərli fikirləri yer alıb.

Azərbaycan və ingilis dillərində çapdan çıxmış nəşrin müəllifi sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov; siyasi məsləhətçisi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Misir Mərdanov; elmi məsləhətçisi hüquq elmləri doktoru, professor Zahid Cəfərovdur.

“Qayıdış hüququ” kitabında Qərbi Azərbaycandan (indiki Ermənistan) zorla çıxarılmış azərbaycanlıların tarixi torpaqlarına qayıtmaq hüququnun tarixi, hüquqi və siyasi aspektləri hərtərəfli təhlil edilir. Qayıdış hüququ sadəcə siyasi qərar deyil, müvafiq beynəlxalq hüquqlar çərçivəsində həll edilməli olan fundamental hüquqi məsələ kimi təqdim olunur.

Kitab Qərbi Azərbaycan məsələsi ilə məşğul olan tədqiqatçılar, hüquqşünaslar, tarixçilər, politoloqlar, hüquq və beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alan tələbələr və ümumilikdə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

“Qayıdış hüququ” kitabı Respublika Elmi-Texniki Kitabxanasının fonduna daxil olub
“Qayıdış hüququ” kitabı Respublika Elmi-Texniki Kitabxanasının fonduna daxil olub
Aggression of Armenia against AzerbaijanHerbi tecavuzstartup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Axtar×