Telefon: +99412 449-62-56;
      Çağrı mərkəzi: 960;
Əqli Mülkiyyət Agentliyində süni intellekt haqqında maarifləndirici tədbir keçirilib

Əqli Mülkiyyət Agentliyində süni intellekt haqqında maarifləndirici tədbir keçirilib

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında (RETK) “Süni intellekt və fizika” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Mübariz Məmmədli texnologiyaların inkişafı və onların insan həyatına təsiri, sənaye inqilabının mərhələləri və sosial-iqtisadi transformasiyadakı rolu barədə çıxış edərək Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun bu sahədə bir sıra araşdırmalarının olduğunu qeyd edib. O, cari ilin aprelində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Müəlliflik hüququ və əlaqəli hüquqlar üzrə daimi komitəsinin 46-cı sessiyası çərçivəsində təşkil olunan Müəlliflik hüququ və generativ süni intellekt üzrə məlumat sessiyasında professor K.İmanovun Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropa ölkələri adından “Süni intellekt və müəlliflik hüququ” mövzusunda məruzə etdiyini diqqətə çatdırıb.

Tədbirdə Türkiyənin Sivas Cumhuriyet Universitetinin Fizika ixtisası üzrə məzunu Zeynəb Cəlilova “Süni intellekt və fizika” mövzusunda təqdimat edib. O, süni intellektin təhsildə, elmi araşdırmalarda və gündəlik həyatda yeni üfüqlər açan bir güc olduğunu diqqətə çatdırıb. Məruzədə fizikanın müxtəlif sahələrində süni intellektin imkanlarından istifadə edilərək əldə olunan nailiyyətlərə toxunulub. Qeyd edilib ki, süni intellekt təhsildən tibbə qədər bir çox sahədə sürətlə yayılmaqdadır və buna əsasən demək olar ki, süni intellekt özündə həm güclü imkanlar, həm də ciddi ehtiyat tələb edən problemlər daşıyır.

İnteraktiv keçən tədbir mövzu ətrafında müzakirələrlə və iştirakçıların sualları cavablandırması ilə davam edib.

Tədbir çərçivəsində təşkil olunan sərgidə RETK-nın fondunda olan süni intellekt və fizika sahələrinə aid nəşrlər nümayiş etdirilib. Sonra tədbir iştirakçıları kitabxananın “Nadir fondu” ilə tanış olublar.

Sonda Z.Cəlilovaya sertifikat təqdim olunub, Ulu Öndərin büstü önündə xatirə fotoşəkli çəkilib.

Tədbirdə Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Odlar Yurdu Universiteti, Azərbaycan Kooperasiya Universiteti və Bakının 31 saylı tam orta məktəbinin nümayəndələri iştirak ediblər.
Əqli Mülkiyyət Agentliyində süni intellekt haqqında maarifləndirici tədbir keçirilib
Əqli Mülkiyyət Agentliyində süni intellekt haqqında maarifləndirici tədbir keçirilib
Əqli Mülkiyyət Agentliyində süni intellekt haqqında maarifləndirici tədbir keçirilib
Əqli Mülkiyyət Agentliyində süni intellekt haqqında maarifləndirici tədbir keçirilib
Əqli Mülkiyyət Agentliyində süni intellekt haqqında maarifləndirici tədbir keçirilib
Əqli Mülkiyyət Agentliyində süni intellekt haqqında maarifləndirici tədbir keçirilib
Əqli Mülkiyyət Agentliyində süni intellekt haqqında maarifləndirici tədbir keçirilib
Aggression of Armenia against AzerbaijanHerbi tecavuzstartup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Axtar×