​Əqli Mülkiyyət Agentliyində Xocalı faciəsinin 34-cü ildönümü anılıb

​Əqli Mülkiyyət Agentliyində Xocalı faciəsinin 34-cü ildönümü anılıb

Fevralın 25-də Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında (RETK) Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Tədbirdə çıxış edən RETK-nın direktoru Mübariz Məmmədli Azərbaycan xalqına qarşı törədilmiş ən qanlı cinayətlərdən biri olan Xocalı soyqrımının heç vaxt unudulmayacağını bildirib. O, bu faciə qurbanlarını anmaq üçün hər il tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılan "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində həm Azərbaycanda, həm də xarici ölkələrdə təşkil olunmuş tədbirlər sayəsində törədilən vəhşiliklər haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasından danışıb.

RETK-nın direktor müavini Sevda Rəsulova dəhşətli faciənin baş verdiyi dövrdə ölkədəki ağır ictimai-siyasi vəziyyətlə bağlı fikirlərini bildirib, Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra Xocalı soyqırımına siyasi qiymət verildiyini diqqətə çatdırıb.

Tədbir çərçivəsində RETK-nın fondunda saxlanılan Xocalı faciəsi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı kitabların sərgisi təşkil olunub. Anım tədbirində RETK-da istehsalat təcrübəsi keçən Bakı Dövlət Universitenin İnformasiya və sənəd menecmenti fakültəsinin tələbələri də iştirak ediblər.

Qeyd edək ki, Agentliyin tabeliyində olan digər qurumlarda da Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib.



​Əqli Mülkiyyət Agentliyində Xocalı faciəsinin 34-cü ildönümü anılıb
​Əqli Mülkiyyət Agentliyində Xocalı faciəsinin 34-cü ildönümü anılıb
​Əqli Mülkiyyət Agentliyində Xocalı faciəsinin 34-cü ildönümü anılıb
​Əqli Mülkiyyət Agentliyində Xocalı faciəsinin 34-cü ildönümü anılıb
Aggression of Armenia against AzerbaijanHerbi tecavuzstartup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Axtar×