Respublika Elmi-Texniki Kitabxanasında 20 yanvar “Ümumxalq Hüzn Günü” qeyd olunub

Respublika Elmi-Texniki Kitabxanasında 20 yanvar “Ümumxalq Hüzn Günü”  qeyd olunub

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında (RETK) 20 yanvar “Ümumxalq Hüzn Günü” ilə əlaqədar tədbir və kitab sərgisi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. RETK-nın direktoru M.Məmmədli çıxışında Azərbaycan dövlətçilik tarixinə əbədi həkk olunmuş 20 yanvarın tariximizdə həm faciə, həm də qəhrəmanlıq kimi azadlıq iradəsinin sarsılmazlığını sübut edən şərəfli mübarizə səhifəsi adlandırıb. RETK-nın Abonentlərə informasiya xidməti üzrə direktor müavini S.Rəsulova Bakı şəhərinə yeridilən ağır texnika və silahlı əsgərlərin dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıq göstərərək Sovet rejiminin insan hüquqlarını necə tapdaladığını açıq şəkildə nümayiş etdirməsini vurğulayıb. RETK-nın Kütləvi işlər və təbliğat şöbəsinin müdiri A.Qənbərova çıxışında qeyd edib ki, bu gün Şəhidlər Xiyabanı təkcə məzarlıq deyil, həm də milli qeyrət, vətənpərvərlik və tarixi yaddaş məbədidir. Çıxışlarda vurğulanıb ki, şəhidlərimizin xatirəsi daim uca tutulacaq, onların qanı ilə yazılan 20 yanvar tarixi heç vaxt unudulmayacaq.

Respublika Elmi-Texniki Kitabxanasında 20 yanvar “Ümumxalq Hüzn Günü”  qeyd olunub
Respublika Elmi-Texniki Kitabxanasında 20 yanvar “Ümumxalq Hüzn Günü”  qeyd olunub
Respublika Elmi-Texniki Kitabxanasında 20 yanvar “Ümumxalq Hüzn Günü”  qeyd olunub
Respublika Elmi-Texniki Kitabxanasında 20 yanvar “Ümumxalq Hüzn Günü”  qeyd olunub
Aggression of Armenia against AzerbaijanHerbi tecavuzstartup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Axtar×