Telefon: +99412 449-62-56;
      Çağrı mərkəzi: 960;
Respublika Elmi-Texniki Kitabxanasının fondu yeni nəşrlərlə zənginləşir

Respublika Elmi-Texniki Kitabxanasının fondu yeni nəşrlərlə zənginləşir

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının (RETK) fondu yeni nəşrlərlə daim zənginləşir.

Bu günlərdə kitabxananın fonduna BP şirkətinin hədiyyə etdiyi yeni nəşrlər daxil olub.

Tarix elmləri doktoru, tanınmış dövlət xadimi və tədqiqatçı Həsən Həsənovun TEAS Press Nəşriyyat Evində nəfis tərtibatda çapdan buraxılmış “Azərbaycan. Tarixi-etnoqrafik atlas” və “Azərbaycan. Tarixi-coğrafi atlas” kitabları nadir tədqiqat nümunələridir. Bu nəşrlər Azərbaycanın 40 əsrdən artıq dövrdə keçdiyi tarixi yolu coğrafi və etnosiyasi kontekstdə sistemləşdirərək təqdim edir.

“Azərbaycan. Tarixi-etnoqrafik atlas” kitabı Ümummilli Lider Heydər Əliyevin yüksək vətənpərvərlik ruhu təlqin edən dahiyanə fikri ilə açılır: “Hər insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. On dörd fəsildən ibarət atlasda Azərbaycanın tayfa ittifaqları, onların etnik mənşəyi, məskunlaşma coğrafiyası və siyasi mirası haqqında dolğun məlumatlar təqdim olunur.

“Azərbaycan. Tarixi-coğrafi atlas” kitabı Prezident İlham Əliyevin bu fikri ilə başlayır: “Biz xoşbəxtik ki, müstəqil ölkə, müstəqil xalq kimi yaşayırıq, taleyimiz öz əlimizdədir”. Yeddi fəsildən ibarət bu əsər Azərbaycan ərazisində qədimdən müasir dövrədək mövcud olmuş dövlətlər, siyasi proseslər və onların coğrafi məkanı ilə bağlı zəngin xəritə və analizlərə əsaslanır.

Həsən Həsənovun təqdim etdiyi bu fundamental nəşrlər həm tarixşünaslıq sahəsi üzrə tədqiqat aparan mütəxəssislər, həm də tariximizə maraq göstərən geniş oxucu auditoriyası üçün mühüm mənbədir. Atlaslar, eyni zamanda, gənc nəslin ölkənin tarixi və milli mənsubiyyəti ilə bağlı biliklərini zənginləşdirmək üçün də dəyərli vəsaitlərdir, Azərbaycan tarixinin və zəngin mədəni irsinin təbliğinə əvəzsiz töhfədir.

Kitabxananın fonduna yenicə daxil olmuş nəşrlər sırasında Bakı Dövlət Universitetinin (BDU) professoru, hüquq elmləri doktoru Etibar Əliyev və BDU-nun dosenti, hüquq üzrə fəlsəfə doktoru Fatimə Hüseynovanın həmmüəllifi olduqları “Azərbaycan Respublikasının mediasiya hüququ. Ümumi müddəalar”, “Mediasiya hüququ. Xüsusi hissə”, “Beynəlxalq hüquq kursu. Dərslik. I cild. Ümumi hissə”, “Beynəlxalq publik hüquq kursu. Dərslik. II cild. Xüsusi hissə”, F.Hüseynovanın “Beynəlxalq tibb hüququ. Xüsusi hissə” dərslikləri də yer alıb.

BP-nin dəstəyi ilə “MaxPrint” tərəfindən çapdan buraxılmış dərs vəsaitləri BP-nin Azərbaycan təhsilinə töhfəsidir və onlardan ali məktəb tələbələri, müəllimlər, hüquqşünaslar, mediasiya sahəsində çalışan mütəxəssislər və digərləri faydalana bilərlər.

Respublika Elmi-Texniki Kitabxanasının fondu yeni nəşrlərlə zənginləşir
Respublika Elmi-Texniki Kitabxanasının fondu yeni nəşrlərlə zənginləşir
Aggression of Armenia against AzerbaijanHerbi tecavuzstartup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Axtar×