RETK-da balaca rəssamların “Bakım – nağıl şəhərim” sərgi-müsabiqəsi keçiriləcək

RETK-da balaca rəssamların “Bakım – nağıl şəhərim” sərgi-müsabiqəsi keçiriləcək

1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Ümumdünya Şəhərsalma Forumu ilə əlaqədar Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elm-Texniki Kitabxanasının əməkdaşlarının azyaşlı uşaqlarının və nəvələrinin (5-10 yaşına kimi) əl işlərindən ibarət "Bakım-nağıl şəhərim" adlı sərgi-müsabiqə keçiriləcəkdir.

Müsabiqəyə rəngli karandaş, flomaster, sulu və yağlı boya, qrafik qələmlə işlənmiş rəsmlər, həmçinin müxtəlif maketlər təqdim edilməlidir. Əl işləri mayın 25-nə kimi Xalidə Alıyevanın whatsapp nömrəsinə təqdim olunmalıdır. Mayın 26-da müəllifin adı anonim saxlanılmaqla əsərlərə onlayn (telefonla) səsvermə keçiriləcək və qaliblər müəyyənləşəcəkdir. 1,2 və 3-cü yerlərə layiq görülən balaca rəssamlar mükafatlandırılacaqlar. İştirakçılara uğurlar arzulayırıq.

Aggression of Armenia against AzerbaijanHerbi tecavuzstartup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Axtar×