RETK-da görkəmli memarlar M.Hüseynov və S.Dadaşovun 120 illiyi qeyd olundu

RETK-da görkəmli memarlar M.Hüseynov və S.Dadaşovun 120 illiyi qeyd olundu

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında (RETK) Azərbaycanın görkəmli memarları Mikayıl Hüseynov və Sadıq Dadaşovun 120 illiyinə həsr edilmiş “Daşların hekayəsində izlər və xatirələr” adlı tədbir və kitab sərgisi keçirilib. M.Hüseynov və S.Dadaşovun həyat və fəaliyyətini özündə əks etdirən video materialın təqdimatı ilə başlanan tədbir Əməkdar mədəniyyət işçisi, tanınmış radio və televiziya aparıcısı Rahib Azərinin mövzu ilə bağlı maraqlı çıxışı ilə davam etdirilib. Qonaq Bakı şəhərinin memarlıq tarixindən söhbət açaraq maraqlı həcm-məkan kompozisiyası və monumentallığı ilə seçilən memarlıq abidələrinin hər bir bakı sakini üçün dəyərli olduğunu vurğulayıb.

“Daşların hekayəsində izlər və xatirələr” mövzusunda keçirilən tədbirdə filologiya üzrə fəlsəfə doktoru Aytən Qurbanova, Azərbaycan Dövlət İqtisad Universitetinin Dizayn məktəbinin baş müəllimi Günay Cavadzadə -Talıbova və tələbə heyəti iştirak edib. RETK-nın Kütləvi işlər və təbliğat şöbəsinin müdiri A.Qənbərova qonaqları sərgidə nümayiş etdirilən - kitabxananın ümumi və Nadir fonduna aid ədəbiyyatla tanış edib.

RETK-da görkəmli memarlar M.Hüseynov və S.Dadaşovun 120 illiyi qeyd olundu
RETK-da görkəmli memarlar M.Hüseynov və S.Dadaşovun 120 illiyi qeyd olundu
RETK-da görkəmli memarlar M.Hüseynov və S.Dadaşovun 120 illiyi qeyd olundu
RETK-da görkəmli memarlar M.Hüseynov və S.Dadaşovun 120 illiyi qeyd olundu
RETK-da görkəmli memarlar M.Hüseynov və S.Dadaşovun 120 illiyi qeyd olundu
RETK-da görkəmli memarlar M.Hüseynov və S.Dadaşovun 120 illiyi qeyd olundu
Aggression of Armenia against AzerbaijanHerbi tecavuzstartup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Axtar×