Telefon: +99412 449-62-56; Çağrı mərkəzi- 960;
2 oktyabr - X Bakı Beynəlxalq Kitab Sərgisi fəaliyyətə başladı

2 oktyabr - X Bakı Beynəlxalq Kitab Sərgisi fəaliyyətə başladı

Bakıda regionun ən böyük beynəlxalq kitab sərgisi keçirilir. Sərgi dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) anadan olmasının 530 illiyinə həsr olunur.

Oktyabrın 2-də Bakı Ekspo Mərkəzində X Bakı Beynəlxalq Kitab Sərgisi açılmışdır. Sərgidə Azərbaycan Respublikası Əqli mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının (RETK) “Nadir fond”unda saxlanılan bir sıra kitablardan ibarət ekspozisiya yaradılmışdır. Üç əsrin kitabları xüsusi qorunma altında sərgilənmişdir. Burada iştirakçılara “Heydər Əliyev 100”, “Memarlıq tarixi”, “Memarlıq sənəti” ilə bağlı azərbaycan, rus, ingilis dillərində kitab və jurnallar, “Yaşıl dünya naminə həmrəylik ili” nə həsr olunmuş “Ekologiya və su” ilə bağlı ədəbiyyat təqdim olunub. Bu kitabların arasında italyan memarı Palladionun 1570-ci ildə Venetsiyada işıq üzü görmüş kitabının 1937-ci ildə Moskvada faksimile nəşri nümayiş etdirilmişdir.

Eyni zamanda qeyd edirik ki, Əqli Mülkiyyət Agentliyinin sədri Kamran İmanovun müəllifi olduğu “Əqli Mülkiyyət”, “Müəllif hüquqları” “Patent və Ekspertiza”, “Əmtəə nişanları” haqqında kitablar da sərgidə nümayiş olunub.

Sərginin tədbirləri sırasında agentliyinin eksperti, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Əqli Mülkiyyət kafedrasının baş müəllimi Natiq İsayevin “Kitab və müəlliflik hüququ” haqqında mühazirə-prezentasiyası baş tutmuşdur.

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli açılış günü stendimizə baş çəkmiş və kitablar barəsində öz təəssüratlarını bölüşmüşdür.

X Bakı Beynəlxalq Kitab Sərgisində yerli təşkilatlarla yanaşı 4 qitədən 19 ölkənin təmsilçiləri, kitab nəşri ilə məşğul olan müəssisələr, yazıçı və şairlər, elm adamları, gənc yazıçılar iştirak ediblər. Sərgi çərçivəsində müxtəlif ölkələrin qədim sənət və peşələri də nümayiş olunub. Xüsusilə 18-ci əsrə aid ebru sənəti canlı olaraq tələbələr tərəfindən təqdim olunmuşdur. Beynəlxalq kitab sərgisi çərçivəsində uşaq və böyüklər üçün digər aktual mövzular üzrə kitab təqdimatı və müsabiqələr baş tutmuşdur.

Bir çox oxucuların sərgiyə məhz ilham almaq və yeni kəşflər üçün gəldiyi hiss olunurdu. Sərgidə məktəblilər, universitet tələbələri, yerli və xarici vətəndaşlara müxtəlif dillərdə ədəbiyyatla yaxından tanış olmaq, həmçinin kitabları əldə etmək imkanı yaradılmışdır.

https://youtu.be/8DHL_WDQ_QI?si=rsszKgacu5aQsFwj

https://youtu.be/wHFBoExbtNg?si=lYoNdfglXEetFib3

https://www.bakuexpocenter.az/az/

https://foursquare.com/v/4c06200bd3842d7fe622bf41

Ətraflı əlaqə üçün tel: +994124044802

Ünvan: 515 1050, Heydər Əliyev prospekti, Bakı



TvininqAggression of Armenia against AzerbaijanHerbi tecavuzstartup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×