Telefon: +99412 449-62-56; Çağrı mərkəzi- 960;
Azərbaycan jurnalistika elminin patriarxının yubileyi qeyd olundu.

Azərbaycan jurnalistika elminin patriarxının yubileyi qeyd olundu.

Bu gün, 17 dekabr 2024-cü il tarixində görkəmli alim, Azərbaycanda jurnalistika tarixinin tədqiqatçısı , Ali Media Mükafatı laureatı professor Şirməmməd Hüseynovun 100 yaşı tamam olur. Bununla əlaqədar Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında tədbir keçirilib. Tədbirdə RETK-nın direktoru Mübariz Məmmədli toplantı iştirakçılarını salamlayaraq, özünəməxsusluğu ilə fərqlənən jurnalistika sənətinin mükəmməl bilicisi olan Ş.Hüseynovun həyat və fəaliyyəti haqqında çıxış edərək bildirdi ki, “professor Ş.Hüseynov ömrünü Azərbaycan jurnalistikası tarixinin öyrənilməsinə həsr etmişdir. 30-dan çox kitab və monoqrafiyanın, 800-dən artıq elmi iş və elmi-publisistik məqalənin müəllifi olmuşdur. Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli, Əhməd Ağaoğlu, Cəlil Məmmədquluzadə irsinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi sahəsində təqdirəlayiq xidmətlər göstərmişdir”.

Tədbirin sonunda Şirməmməd Hüseynovun həyat və fəaliyyətindən bəhs edən, Əflatun Amaşov və Bəxtiyar Qaracanın müəllifi olduğu “ Ustad” filmi nümayiş etdirildi.

TvininqAggression of Armenia against AzerbaijanHerbi tecavuzstartup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×