Telefon: +99412 449-62-56; Çağrı mərkəzi- 960;
Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi- Texniki Kitabxanasında (RETK) 28 may Müstəqillik günü münasibətilə tədbir və kitab sərgisi keçirilmişdir.

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi- Texniki Kitabxanasında (RETK)  28 may Müstəqillik günü münasibətilə tədbir və kitab sərgisi keçirilmişdir.

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi- Texniki Kitabxanasında (RETK)28 may Müstəqillik günü münasibətilə tədbir və kitab sərgisi keçirilmişdir.

Tədbir Azərbaycan Dövlət himninin səsləndirilməsi ilə başladı.RETK-nın İnformasiya resursları üzrə direktor müavini L. Xələfova tədbir iştirakçılarını salamladı vəŞərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən danışdı. Əsası görkəmli ictimai-siyasi dövlət xadimi Məhəmməd Əmin Rəsulzadə tərəfindən qoyulmuş AXC türk və İslam dünyasında ilk parlamentli respublika, ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olmuşdur.

Fəaliyyət göstərdiyi 23 ay ərzində Müstəqil Demokratik Respublika böyük nailiyyətlər və qalibiyyətlər qazanmışdır. Dövlət atributları- üçrəngli bayraq, Dövlət gerbi, Dövlət himni qəbul edilmiş, Şərqdə ilk olaraq qadınlara səsvermə hüququ verilmiş, milli ordu, milli valyuta və bir çox başqa ilklərə imza atılmışdır.

Tədbirin sonunda Heydər Əliyev fondunun dəstəyi ilə 2016-cı ildə çəkilmiş “Əbədi ezamiyyət”sənədli- bədii filmi izlənildi.

TvininqAggression of Armenia against AzerbaijanHerbi tecavuzstartup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×