Telefon: +99412 449-62-56; Çağrı mərkəzi- 960;
Heydər Əliyev adına Hərbi İnstitutda görüş

Heydər Əliyev adına Hərbi İnstitutda görüş

Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin inkişafı üzrə Dövlət Proqramının həyata keçirilməsi kitabxanalarda modernləşdirmə və elektronlaşdırma işlərinin sürətlənməsinə səbəb olmuşdur. Son illər ərzində Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında da AMEA-nın Mərkəzi Elmi Kitabxanası, Bakı Dövlət Universtetinin, Azərbaycan Turizm və Menecment Universitetinin Elmi kitabxanaları, Respublika Elmi-Tibb Kitabxanası, Ədliyyə Akademiyasının Elmi Kitabxanası ilə yanaşı kitabxana-biblioqrafiya prosseslərinin avtomatlaşdırılması işi uğurla həyata keçirilir. Bu baxımdan ölkənin müxtəlif sahəvi kitabxanaları arasında elmi-nəzəri əlaqələrin qurulması, kitabxana fondlarının bir-birinə texniki-təcrübi dəstəyinin verilməsi yönündə işlərin aparılması indi əhəmiyyətli dərəcədə aktuallaşmışdır.

Yanvarın 7-də Milli Müdafiə Universiteti Heydər Əliyev adına Hərbi İnstitutunun rəhbərliyinin dəvəti ilə Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının direktoru Mübariz Məmmədli, direktor müavini Ləman Xələfova, elmi-katib Sevinc Şıxlı və Kitabxana proseslərinin avtomatlaşdırılması şöbəsinin böyük kitabxanaçısı Nəzakət Quliyeva Hərbi İnstitutda olmuş, İnstitutun rektoru polkovnik Ümüdvar Quliyev ilə görüşmüş, bu təhsil ocağının şəhid olmuş tələbə-müəllim heyətinin şərəfinə ucaldılmış Abidə kompleksini ziyarət etmiş, ali hərbi institutun kitabxana-informasiya sistemi və müasir oxu zalları ilə tanış olmuşlar. Görüşdə Hərbi İnstitutun kitabxanasının rəisi mayor Aynur İbrahimova, texniki fənlər kafedrasının müdiri professor Ənvər Həzərxanov, elmi-tədqiqat şöbəsinin professoru Ramid Hüseynov iştirak etmişlər.

Görüş zamanı Hərbi İnstitutun kitabxana-informasiya sisteminin təkmilləşdirilməsi, kitabxana işçilərinin peşəkar hazırlığının artırılması üçün birgə seminar-treninqlərin keçirilməsi, elmi-texniki fondların elektron qaydada birləşdirilməsi məqsədiylə əməkdaşlıq memorandumu imzalanmışdır.



TvininqAggression of Armenia against AzerbaijanHerbi tecavuzstartup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×