Telefon: +99412 449-62-56; Çağrı mərkəzi- 960;
Heydər Əliyev ideyaları bu gün də yolumuzu işıqlandırır

Heydər Əliyev ideyaları bu gün də yolumuzu işıqlandırır

Mayın 10-u müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür.

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov, Agentliyin və tabeliyində olan qurumların əməkdaşları Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək Ulu Öndərin xatirəsinə ehtiramlarını bildiriblər və abidəsi önünə gül dəstələri düzüblər.

Həmçinin Heydər Əliyevin həyat yoldaşı akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib və abidəsi önünə gül dəstəsi qoyulub.

“Respublika” qəzetinin 2025-ci il 10 may tarixli sayında AR Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan RETK-nın direktoru Mübariz Məmmədlinin “Heydər Əliyev ideyaları həmişə müasirdir” adlı məqaləsi işığ üzü görmüşdür.

Məqalədə Ulu Öndərin zəngin siyasi irsi və müstəqil Azərbaycan dövlətinin qurulmasında əvəzsiz xidmətlərindən bəhs olunur.

Məqalənin tam mətni ilə tanış olmaq üçün aşağıdakı linkə daxil olmaq lazımdır:

https://respublika-news.az/az/news/heyder-eliyev-ideyalari-hemise-muasirdir

TvininqAggression of Armenia against AzerbaijanHerbi tecavuzstartup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×