Telefon: +99412 449-62-56; Çağrı mərkəzi- 960;
Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında 9 May - Faşizm üzərində Qələbə Günü qeyd edilib

Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında 9 May - Faşizm üzərində Qələbə Günü qeyd edilib

Mayın 6-da Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında (RETK) 9 May - faşızm üzərinde Qələbənin 79-cu ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin şöbə müdiri Zenfira Məmmədova, kitabxananın rəhbərliyi və əməkdaşları iştirak ediblər.

RETK-nın direktoru, filologiya üzrə fəlsəfə doktoru Mübariz Məmmədli 9 May - Faşizm üzərində Qələbə Gününün tarixi əhəmiyyətindən danışıb. Böyük Qələbənin qazanılmasında Azərbaycan xalqının danılmaz xidmətlərinin olduğunu vurğulayan M.Məmmədli 1941-1945-ci illər müharibəsində cəsur oğul və qızlarımızın xalqımıza xas əzm və qəhrəmanlıq nümunəsi göstərdiklərini bildirib. Onların ön və arxa cəbhəni birləşdirən sarsılmaz iradəsi və zəfərə inamının faşizm üzərində Qələbəyə mühüm töhfə verdiyi qeyd edilib.

Tədbirdə çıxış edən tarixçi alim Cəbi Bəhramov bildirib ki, faşizm üzərində Qələbədə Azərbaycan xalqının misilsiz rolu olub. Cəbhəyə yola salınan 600 mindən çox azərbaycanlının demək olar ki, yarısı döyüş meydanlarından geri qayıtmayıb. Müharibə illərində göstərdikləri şücaətə görə 130-dan çox həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlılardan ibarət milli atıcı diviziyalar Berlinədək şanlı döyüş yolu keçib. Fəxrlə deyə bilərik ki, İkinci Dünya müharibəsində qələbə əzmi ilə döyüşmüş Azərbaycan övladlarının yaddaşlarda əbədi qalan qəhrəmanlığı və şücaəti gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir.

Faşist Almaniyası üzərində qələbəni təmin edən əsas amillərdən danışan C.Bəhramov akademik Yusif Məmmədəliyevin adını qürurla çəkib, dünya şöhrətli azərbaycanlı alimin müharibənin ağır dövründə ixtira etdiyi yüksək oktanlı benzin və “Molotov kokteyli” adlanan partlayıcı maddə haqqında məlumat verib. Bildirib ki, müharibəni A.Mikulinin motorları, A.Yakovlevin təyyarələri və Y.Məmmədəliyevin benzini hesabına udmaq mümkün olub.

Sonda C.Bəhramov sualları cavablandırıb, tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib.

Tədbir çərçivəsində “1941-1945-ci illərdə İkinci Dünya müharibəsində tarixi Qələbənin qazanılmasında Bakı neftinin rolu” mövzusunda kitab sərgisi keçirilib. Sərgidə Azərbaycan, rus və ingilis dillərində 50-dən çox kitab, həmçinin kitabxananın 1870-1940-cı illəri əhatə edən “Nadir fond”unda saxlanılan, neft mövzusunda ədəbiyyat nümayiş olunub.
TvininqAggression of Armenia against AzerbaijanHerbi tecavuzstartup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×