Telefon: +99412 449-62-56; Çağrı mərkəzi- 960;
Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi- Texniki Kitabxanasında Ulu Öndərə həsr olunan film nümayiş etdirilib

Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi- Texniki Kitabxanasında Ulu Öndərə həsr olunan film nümayiş etdirilib

Mayın 10-da Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında (RETK) görkəmli dövlət və siyasi xadim, müasir müstəqil Azərbaycanın banisi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbirdə Ulu Öndərin həyat və fəaliyyətindən geniş söhbət açılıb.Liderliyi ilə dünyanı heyran etmiş, siyasət elitasında ən uca zirvələrdən birini tutmuş, Azərbaycanı parçalanmaq, məhv olmaq təhlükəsindən qorumuş dahi Heydər Əliyevin xalqımız və dövlətimiz üçün əvəzsiz xidmətlərindən danışılıb, hər bir azərbaycanlının bu böyük şəxsiyyəti qürurla yad etdiyi vurğulanıb.
Sonra Xalq artisti, rejissor Vaqif Mustafayevin Ulu Öndər Heydər Əliyevə həsr
etdiyi “Bir həsədin tarixi” adlı film nümayiş etdirilib.

TvininqAggression of Armenia against AzerbaijanHerbi tecavuzstartup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×