Telefon: +99412 449-62-56; Çağrı mərkəzi- 960;
Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının direktoru Mübariz Məmmədlinin Bişkek şəhərinə səfəri

Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının direktoru Mübariz Məmmədlinin Bişkek şəhərinə səfəri

2024-cü ilin 3-4 dekabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində Moskva Dövlət Lingvistik Universitetinin (RF) dəstəyi ilə Qırğız Slavyan Universitetinin (QR) bazasında “Aytmatov qiraətləri – 2024” mövzusunda Beynəlxalq Forum keçirilmişdir. Tədbirdə məruzəçi qismində iştirak etmək üçün MDLU – dan daxil olunmuş dəvət məktubu və Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədrinin əmri əsasında 2-5 dekabr 2024-cü il tarixlərində mən Bişkek şəhərində ezamiyyətdə oldum. Forumda Qırğızıstan, Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan, İtaliya və Özbəkistandan 100-dən çox alim, tədqiqatçı, müəllim və tələbə iştirak edirdi. “Çingiz Aytmatov irsinin Azərbaycanda öyrənilməsi” adlı məruzə ilə mənim çıxışım tədbirin I iş günü baş tutdu. 3 müxtəlif bölmədə məruzələr dinlənildikdən sonra Bişkek Dövlət Universiteti və Çingiz Aytmatovun Ev-muzeyində görüşlərdə iştirak etdim. Bişkekdə olduğum müddətdə Qırğızıstan Respublikası Əqli Mülkiyyət və İnnovasiyalar Agentliyində, həmçinin Qırğız patentin nəzdində fəaliyyət göstərən Dövlət Patent-Texniki Kitabxanasında görüşlər keçirdim. Qırğız patentin direktorunun köməkçisi – müşavir Tokoyev Abdukalil Tokoyeviçlə görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə edildi. Qırğızıstan Dövlət Patent-Texniki Kitabxanasında direktor Aydar Alimbekov və müavin Çingiz Jantayev ilə görüşlər keçirildi, kitabxana fondlarına daxil olan materiallarla tanışlıq, istifadə qaydaları, fondların zənginləşdirilməsi, müştərək tədbirlərin keçirilməsi barədə məsləhətləşmələr aparıldı. Təmsil etdiyimiz kitabxanalar arasında müvafiq əlaqələrin qurulmasına dair razılıq əldə olundu.




TvininqAggression of Armenia against AzerbaijanHerbi tecavuzstartup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×