Respublika Elmi-Texniki Kitabxanasında 2024-2025-ci tədris ilində bakalavr pilləsinin sonuncu kursunda təhsil alan 22 tələbənin istehsalat təcrübəsinə başlandı.

17.02.2025-ci il tarixində Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin Kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisası üzrə Kx-36 qrupunun Azərbaycan bölməsində təhsil alan IV kurs tələbələrinin ( 22 nəfər) iştirakı ilə istehsalat təcrübəsinin başlanmasına həsr olunmuş konfrans keçirilmişdir.
Tədbirdə çıxış edənlər istehsalat təcrübəsinin əhəmiyyətindən, elmi-nəzəri biliklərin iş təcrübəsində sınaqdan keçirilməsinin vacibliyindən danışmış, RETK-nın kitabxanaçılıq ixtisası üzrə təhsil alan tələbələr üçün əsas bazalardan biri kimi rol oynaya biləcəyini qeyd etmişlər.
Konfransın gedişində tələbələr kitabxananın müvafiq şöbələri ilə tanış olmuş, təcrübə rəhbəri və şöbə müdirləri ilə görüşmüşlər.