Respublika Elmi-Texniki Kitabxanasının Gəncə filialında kitab sərgisi təşkil olunub

23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü və 26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə RETK-nın Gəncə filialında kitab sərgisi hazırlanmışdır. Sərgidə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri, professor Kamran İmanovun müəllifi olduğu kitab və broşürlər, Əqli Mülkiyyət Agentliyinin nəşri olan “Sənaye Mülkiyyəti” jurnalının son buraxılışları və filialın fondundan seçilmiş müxtəlif elm və bilik sahələrinə aid ən aktual kitablar yer almışdır.