Respublika Elmi-Texniki Kitabxanasının Gəncə filialında “Əqli mülkiyyət aylığı” çərçivəsində kitab sərgisi keçirilmişdir
Aprelin 23-də Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının (RETK) Gəncə filialında “Əqli mülkiyyət aylığı” çərçivəsində kitab sərgisi keçirilmişdir. Sərgidə Gəncə şəhərindəki bir sıra idarə və müəssisələrin mütəxəssisləri, filialın əməkdaşları, fəal oxucular iştirak etmişlər.
Filialın müdiri Məlahət Zamanova Əqli Mülkiyyət Agentliyinin aprel ayını “Əqli mülkiyyət aylığı” elan etdiyini bildirmiş, bununla əlaqədar Agentlik və onun tabeliyində olan RETK tərəfindən keçirilən tədbirlər barədə danışmışdır. O,Gəncə filialının təşkil etdiyi kitab sərgisinin də “Əqli mülkiyyət aylığı” çərçivəsində keçirildiyini diqqətə çatdırmışdır.
Daha sonra tədbir iştirakçıları Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri, professor Kamran İmanovun kitabları ilə tanış olmuşlar. Erməni saxtakarlıqlarının və uydurmalarının ifşa olunmasında bu kitabların əhəmiyyətli rolu barədə onlara məlumat verilmişdir.
Sərgidə Əqli Mülkiyyət Agentliyinin nəşri olan “Sənaye mülkiyyəti” jurnalının buraxılışları və filiala daxil olmuş yeni ədəbiyyat nümayiş etdirilmişdir.