Telefon: +99412 449-62-56; Çağrı mərkəzi- 960;
Respublika Elmi-Texniki Kitabxanasının kollektivi Xocalı soyqırımının qurbanlarını yad edib

Respublika Elmi-Texniki Kitabxanasının kollektivi Xocalı soyqırımının qurbanlarını  yad edib

Azərbaycan Respublikası Əlqi Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanası Azərbaycan tarixində XX əsrin ən dəhşətli faciələrindən olan, 1992-ci ilin 26 fevral tarixinə keçən gecə erməni qəsbkarlarının və rus işğalçılarının həyata keçirdiyi Xocalı faciəsinə həsr olunmuş tədbir keçirdi.

Həmin tarixdə işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüquq və normaları pozaraq keçmiş sovet ordusunun Xankəndində yerləşən 366-cı alayın iştirakı ilə Xocalı şəhərinə hücum etdivə dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutuldu.

Tədbirdə kitabxananın kollektivi, o cümlədən Bakı Dövlət Universitenin İnformasiya və sənəd menecmenti fakültəsinin Kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisası üzrə təhsil alan və kitabxanada təcrübə keçən sonuncu kurs tələbələri iştirak emişlər.

Anım tədbirində faciənin təfərrüatları barədə olan giriş çıxışından sonra həmin dəhşətləri əks etdirən kadrlar (videoçarx) nümayiş etdirilmişdir.

Qeyd etmək lazımdır ki, kitabxananın Gəncə filialının əməkdaşları Göygöl rayonu ərazisində yerləşən xocalılıların məskunlaşdığı qəsəbədə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş, abidə önünə güllər qoyaraq həmin müdhiş gecədə şəhid olan yurddaşlarımızı hüzn və hörmətlə yad etmişlər.



TvininqAggression of Armenia against AzerbaijanHerbi tecavuzstartup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×