Telefon: +99412 449-62-56; Çağrı mərkəzi- 960;
RETK-da istehsalat təcrübəsi yekunlaşan tələbələrə sertifikat təqdim olunub

RETK-da istehsalat təcrübəsi yekunlaşan tələbələrə sertifikat təqdim olunub

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində 2024-2025-ci tədris ilində bakalavriat pilləsinin sonuncu kursunda təhsil alan və Respublika Elmi-Texniki Kitabxanasında istehsalat təcrübəsi uğurla yekunlaşan 22 tələbəyə sertifikat təqdim olunub. RETK-nın direktoru Mübariz Məmmədli tələbələrin təcrübəli və hazırlıqlı kadr kimi formalaşmasında istehsalat təcrübəsinin müstəsna əhəmiyyətə malik olduğunu qeyd edib. O, tələbələrə qazanılan biliklərdən səmərəli istifadə etməyi tövsiyə edərək onlara uğurlar arzulayıb. BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekan müavini Daşqın Məhəmmədli yaradılan şəraiti yüksək qiymətləndirərək göstərilən qayğı və diqqətə görə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin rəhbərliyinə və RETK-a kollektivinə təşəkkür edib. Təcrübənin yüksək səviyyədə təşkil edildiyini və yenidən əməkdaşlıq etmək arzusunda olduqlarını bildirib. Tələbələr də öz növbəsində burada qazandıqları təcrübənin faydasını vurğulayıblar.

Sonda Ümummilli Lider Heydər Əliyevin büstü qarşısında xatirə şəkli çəkilib.



TvininqAggression of Armenia against AzerbaijanHerbi tecavuzstartup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×