Telefon: +99412 449-62-56; Çağrı mərkəzi- 960;
Tələbələrin RETK-da istehsalat təcrübəsi yekunlaşıb

Tələbələrin RETK-da istehsalat təcrübəsi yekunlaşıb

Agentliyin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında (RETK) 2024-2025-ci tədris ilində bakalavriat pilləsinin sonuncu kursunda təhsil alan 22 tələbənin istehsalat təcrübəsi yekunlaşıb.

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin tələbələri 4 aya yaxın müddətdə RETK-nın müxtəlif şöbələrində təcrübə keçiblər. Onlar kitabxana işinin incəliklərinə dərindən yiyələnərək, bütün kitabxana proseslərinin icra olunmasında böyük həvəslə çalışıblar.

İstehsalat təcrübəsi prosesində tələbələr kitabxana resurslarının elektronlaşması, skanerlə iş, oxucularla ünsiyyət, həmçinin elektron əlaqənin qurulması, kitabxana terminləri və spesifik iş üsulu barədə kitabxananın təcrübəli əməkdaşlarından biliklər əldə etməyə nail olubar.

Maraqla keçən təcrübədə tələbələr kitabxana barədə sualları RETK əməkdaşlarına ünvanlayaraq, operativ və ətraflı şəkildə cavablar alıblar.

21 və 23 may tarixlərində kitabxananın oxu zalında məzunların təqdimat xarakterli hesabatı dinlənilib.

Sonda RETK-nın direktoru Mübariz Məmmədli tələbələrin təqdimatları barədə öz rəyini bildirib.

TvininqAggression of Armenia against AzerbaijanHerbi tecavuzstartup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×